Haqqımda

Networker & Mentor Lamiya Hasanova Məni tanı

Məni və xəyallarımı daha yaxından tanı.

Sən də öz xəyallarını qur, onları birgə gerçəkləşdirək.

 

Mən Həsənova Lamiyə 08.03.1989 tarixində Bakı şəhərində doğulmuşam. Sumqayıt Dövlət Universitetinin Ekologiya fakultəsini bitirmişəm. 

Ailəliyəm və bir oğlum var.

1 il müddətində mühasibatçı çalışdım. Amma "müdürlü iş" mənim xarakterimə uyğun olmadığı üçün davam etmədim.

Pandemiya zamanı diqqətimi online işlər çəkdi. 

Və başladım.

3il AVON markası ilə əməkdaşlıq etdim. Ən yüksək karyeraya və qazanca sahib oldum. Özinkişafıma yatırımlar etdim, bir çox təlimlər aldım.

Daha sonra yeni yaranan OXO GLOBAL proyekti ilə fəailiyyətə başladım. 

Və artıq möcüzələrə start verdim. Hal-hazırda global və milyonluq proyektin ortağıyam.

Xəyalım-dünyanı səyahət etmək. Öncə çevrəmdəkilərə, daha sonra hər kəsə yardım etmək.

3cu-sekil-min
Peşəkarlarla çalışmaq sizi uğura aparır

Networker & Mentor Lamiya Hasanova

Freelance iş bir peşədir. İşi olan və ya olmayanlar ikinci və ya əsas iş kimi bunu etməlidir. Maddi sıxıntısı olan insanlara gəlir əldə edə bilməsi və çalışan insanların part time olaraq çalışıb qazancını artırması üçün mentorluq etməklə dəstək verdiyim və 5 ilə yaxın yaşadığım bir inancdır.

Bu gün mən 20 ilə yaxın təcrübəsi olan mütəxəssislərin nəzarəti altında insanlara məsləhətlər verib və inkişafına dəstək oluram

Lamiya Hasanova4

Lamiya Hasanova

- Founder

''Diplomlu'' evdar xanımlıqdan səhnələrə

 

İnanıram ki,sizin həyatınızda etmək istədiyiniz dəyişiklikləri etmək gücünüz var.
Bəzən elə vaxtlar olur ki, özümüzü gücsüz və başqalarından asılı olduğumuzu düşünürük. Mən də bir zamanlar belə hiss edirdim, yoldaşımdan asılı olduğuma inanırdım. Çünkü bu bizim “komfort zonamız”dır.Və orda özümüzü rahat hiss edirik.
Bunun üçün də özümüzə bir çox bəhanələr tapırıq. Əksinə qısa müddət öz inkişafımız üçün çalışdıqda bir özgüvən qazanırıq və daha nələr edə biləcəyimizi anlayırıq.
Ailə, həyat yoldaşı,övlad təbii ki önəmlidir.
Biz onlarla bağlılıq səviyyəsində deyil,sevgi və hörmət çərçivəsində olmalıyıq.
Mən bu səviyyəni keçən, universiteti bitirib evdar xanımlıq edən biri olaraq, bu gün öz işimi qurub, səhnələrdə çıxış edirəm